Prezident: Bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş…
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şadam ki, biz bu kəndləri (Qazax rayonunun 4 kəndi - red.) qaytarmaq üçün başqa metodlara əl atmalı olmadıq.
Zənnimcə, son dörd ilin dərsləri, - hərçənd erməni tərəfindən onlar hələ tam dərk olunmayıb, - nəzərə alınır.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm.
Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir", - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub: "Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var.
Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin.
Tam oxu
Xəbəri oxu