Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

04.02.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimat mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" BƏƏ-nin banisinin - mərhum Şeyx Zayedin adını daşıyır:

"İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin - mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi, müasirləşmə davam edir. Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərinə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью