Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev bu gün Vyetnama səfər edəcək.
Modern.az-ın xəbərinə görə, səfər çərçivəsində dövlət başçılarının ikitərəfli görüşü, müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat qəbul edilib.
İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb.