Prezident bu qanuna dəyişiklik etdi

11.08.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun "Ərazi müdafiəsi" adlı 17-ci maddəsi aşağıdakı redaksiyada verilir:

"Ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir.

Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilir.

Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью