Prezident bu sazişi TƏSDİQLƏDİ KONKRET

28.01.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Saziş 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью