Prezident bu şəhəri cənnətə bənzətdi

25.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşən Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Minsk şəhərinin siması və infrastrukturu barədə yüksək fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, siyasətçi Minskə səfərinin digər ölkələrə edilən dövlət səfərlərindən tamamilə fərqləndiyini bildirib.

“Biz digər ölkələrə müxtəlif dövlət səfərləri edirik, amma Belarusa səfər etmək və Minsklə tanış olmaq tamamilə fərqli bir dünyadır. Çünki digər paytaxtlardan fərqli olaraq, bura yer üzünün cənnəti kimidir”, – U.Xurelsux deyib.

Monqolustan lideri bu təəssüratını şəhərin əlverişli iqlimi və inkişaf etmiş infrastrukturu ilə izah edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью