Prezident: Bu, Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir

09.10.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir".

"Cebheinfo.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.

Dövlət başçısı deyib ki, ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırılıb.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan, demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.

Dövlət başçısı həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью