Prezident: “Bundan sonra da Fələstinə humanitar dəstək göstərəcəyik”

15.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. 
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubunda bildirilib. 
Bildirilib ki, ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. 
“Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik”, - məktubda vurğulanıb. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью