Prezident: “Çin Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar” KONKRET

26.04.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

“Zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”, – deyə dövlət başçısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью