Icma.az, Sia Az portalına istinadən məlumat verir. "Prezident COP-un açılışında Azərbaycanın enerji keçidi siyasətinin əsaslarını geniş təsv
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanın enerji keçidi siyasəti həm milli maraqlara, həm də qlobal mənafelərə uyğundur: "Yəni Azərbaycan bu siyasəti aparmaqla həm ölkəmizin özünün yaşıl enerji mənbələrinə doğru dönməz kurs götürdüyünü göstərir, eyni zamanda onu da nümayiş etdirir ki, iqlim dəyişməsinin dünyada hər bir dövlətə və xalqa hansı təhlükələri gətirdiyinin fərqindəyik.
Prezidentin dünyaya ilk ən böyük mesajı bu oldu ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı siyasəti tək özümüzə yox, həm də bütün dünyanın maraqlarına uyğundur.
Prezident növbəti dəfə hamının vahid bir kurs ətrafında fəaliyyətini əlaqələndirməsinin zəruriliyini vurğuladı.
COP-un öz hədəflərinə yalnız birgə fəaliyyətlə çata biləcəyi İlham Əliyevin dünyaya mühüm mesajlarından biri oldu".
"Azərbaycanı "neft- qaz dövləti " kimi uyğun olmayan ifadə ilə qaralamaq istəyənlər öz cavablarını aldılar. Prezident haqlı dedi.
Əgər Azərbaycan bu gün qlobal karbon emissiyasının ancaq 0,1 faizinə görə məsuliyyət daşıyırsa, atmosferi 25-30 faizlik payla çirkləndirənlərin Azərbaycana iradlar səsləndirməsinin yeri yoxdur.