Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı

01.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.


Missiya.Az xəbər verir ki, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью