Prezident əməkhaqqı və pensiyaları artırdı SƏRƏNCAM

23.12.2024

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır.

Manset.az xəbər verir ki,  bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalaması ilə mümkün olub.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Nazirlər Kabinetinə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Sərəncamın birinci hissəsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью