Prezident Ərdoğan 2025ci ili Türkiyədə “Ailə ili” elan edib AZƏRTAC

07.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 7 yanvar, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ili Türkiyədə “Ailə ili” elan edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə lideri 2023-cü ildə doğum əmsalının 1,51 səviyyəsinə enməsini “ciddi həyəcan siqnalı” və “Türkiyənin gələcəyi üçün təhlükə” adlandırıb.

Siyasətçi xatırladıb ki, imkan daxilində ailələri ən azı üç uşaq sahibi olmağa çağırır.

Dövlət başçısının qərarına əsasən, yanvarın 9-da Ankarada Türkiyənin Əhali Məsələləri üzrə Ali Şurasının ilk iclası keçiriləcək.

Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək iclasda iştirakçılar ölkənin demoqrafik inkişafının vəziyyəti və perspektivlərini müzakirə edəcəklər.

Bu arada Türkiyənin ailə məsələləri və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş sosial şəbəkələrdə yazıb ki, hökumət ölkədə ailə institutunun gücləndirilməsi üçün bütün lazımi addımları atacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью