Prezident Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb

07.11.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Sherg.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın bundan sonra da genişlənərək davam edəcəyinə inandığını bildirib. O, qarşıdakı dövrdə ikitərəfli münasibətlərə yeni dinamika qazandırmaq üçün səylərini davam etdirəcəklərini qeyd edib.

ƏRDOĞANDAN DİPLOMATİYA MESAJI

Ərdoğan İranla ABŞ arasında gərginliyin aradan qaldırılmasının və problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb. Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Türkiyə Prezidenti Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün artan diplomatik səylərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. O, bu istiqamətdə aparılan təşəbbüslərə töhfə verməyə davam edəcəklərini, həm Ukrayna, həm də Rusiya ilə təmasların genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ərdoğan söhbət zamanı ABŞ Prezidenti Donald Trampa Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına verdiyi dəstəyə görə də təşəkkür edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью