Prezident Ərdoğan DEM Partiyanın rəhbərləri ilə görüşəcək: Bu, vacibdir

10.04.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Prezident Ərdoğan bu gün PKK lideri Öcalanla həbsxanada müzakirə aparmış DEM Partiyasının nümayəndə heyətini qəbul edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Prezident bildirib ki, bu görüş vacibdir: "Biz onlarla görüşəcəyik və "Terrordan Azad Türkiyə" hədəfimizlə əlaqəli iradəmizi təsdiq edəcəyik. Ümid edirəm, bu görüş Türkiyə üçün faydalı olacaq".

Məlumatda deyilir ki, Ərdoğan Öcalnala həbsxanada görüşərək onun "silah yerə qoyuruq" bəyanatını yayam DEM Partiyasının Vandan olan deputatı Pervin Buldan və İstanbuldan deputat Sırrı Süreyya birgə qəbul edəcək.

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью