Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ankarada keçirilən 36-cı NATO zirvə toplantısı Şimali Atlantika alyansının yeni təhlükəsizlik çağırışları qarşısında inkişaf istiqamətini müəyyən etdi, Türkiyə diplomatiyasının nüfuzunu bir daha təsdiqlədi və Ankaranın blokun əsas müttəfiqi kimi mövqeyini gücləndirdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Məlumatı “Anadolu” verib.
Dövlət başçısı Türkiyənin 22 ildə ikinci dəfə, ilk dəfə isə paytaxt Ankarada NATO zirvə toplantısına uğurla ev sahibliyi etdiyini qeyd edib. O, görüşün Avroatlantik təhlükəsizliyi üçün ciddi təhdidlər fonunda baş tutduğunu və müttəfiqlərin ortaq gələcəyinin istiqamətini müəyyən edəcəyini bildirib.
Prezident vurğulayıb ki, bütün NATO ölkələri sammitdə rəhbərlik səviyyəsində təmsil olunub və bu, onun sözlərinə görə, Türkiyəyə olan etimadın və onun diplomatiyasının beynəlxalq nüfuzunun daha bir təsdiqidir.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə xərcləri, hərbi potensial və müdafiə sənayesinin inkişafı baxımından bir çox NATO müttəfiqini geridə qoyur. O xatırladıb ki, Türkiyə alyansda ikinci ən böyük quru qüvvələrinə malikdir və onilliklərdir cənub-şərq cinahının təhlükəsizliyini əsasən təmin edir.
P.ƏMİRCANOV
XQ