Prezident Ərdoğan: Türkiyə problemlərin həlli məkanına çevrilib

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 30 yanvar, AZƏRTAC

Türkiyə Cənubi Qafqaz, Liviya və Sudandan İrana, Rusiya-Ukrayna müharibəsinə və Sudanla Efiopiya arasındakı münaqişəyə qədər geniş coğrafiyada sabitliyə və sülhə töhfə vermək səylərini davam etdirir. Ankaranın sülh diplomatiyası Türkiyənin beynəlxalq arenadakı mövqeyini gücləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 30-da “Sabah” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Türkiyə liderinin sözlərinə görə, Ankara milli maraqların müdafiəsi fonunda mürəkkəb prosesləri idarə etmək üçün addımlar atmağa davam edir.

“Müasir Türkiyə problemlərin həlli məkanına çevrilib. Dünyada müharibələr və münaqişələr fonunda ölkəmiz sülhün və sabitliyin qarantı olub”, - deyə Türkiyə Prezidenti yazıb.

Türkiyənin dövlət başçısı Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı Ankaranın prioritetlərindən biri adlandırıb. Türkiyə daxilindəki inkişaf proseslərinə toxunan Prezident bu ilin islahatlar dövrü olacağını vurğulayıb. “Türkiyədə ÜDM 1,5 trilyon dolları keçib və Mərkəzi Bankın ehtiyatları rekord həddə - 215,6 milyard dollara çatıb”, - deyə siyasətçi bildirib.

Ərdoğan daha sonra qeyd edib ki, Türkiyənin enerji idxalından asılılığı azalır və müdafiə sənayesində istehsal hazırda tam sürətlə davam edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью