Prezident: Ermənistanı heç kim qınamırdı

15.10.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu imitasiya xarakteri daşıyırdı.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.

“Ermənistanın indiki Baş naziri o vaxt işğal altında olan Qarabağda bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bütün bu hədsizliyə dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı qınamadı. BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi. Avropa parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”, – Prezident İlham Əliyev vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью