Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait azaldılıb.
Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Beləliklə, 2024-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi 70 milyon manatdan 41 milyon 700 min manata endirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.