Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən,” sözləri “vəsaitləri” sözü ilə əvəz edilsin və həmin bənddən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan” sözləri çıxarılsın;
2. 3.1-ci bənddə “bir” sözü “üç” sözü ilə əvəz edilsin;
3. 5-ci hissədə “sentyabrın 1-dən” sözləri “oktyabrın 10-dan” sözləri ilə əvəz edilsin.