Prezident fərmanı: AZALa subsidiya artırıldı

27.12.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən Azərbaycan Hava Yolları QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 18,9% çoxdur.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,4%-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью