“Prezident funksiyalarımın icrasına davam edəcəyəm”

09.01.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın sabiq dövlət başçısı Salome Zurabişvili “prezident funksiyalarını” icra etməyə davam edəcəyini açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Zurabişvili bu barədə Tbilisidə brifinqdə danışıb. 

O, həmçinin işləyəcəyi ofisi təqdim edib: “Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı - red.) davamı olan yeni ofisdə qəbul etmək istəyirəm. Bu məkan Orbeliani sarayına bənzəməyə bilər, lakin burada prezidentin funksiyaları davam edəcək”.

Xatırladaq ki, ötən ilin dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью