Prezident: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək

21.08.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib.

Bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin və onun şəhərinin artıq canlandığını, buraya həyatın qayıtdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

"Əminəm ki, siz burada rahat yaşayacaqsınız".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью