Prezident Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsini təsdiq edib | Icma.az
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, sənəd bu il iyunun 29-da Belçikanın paytaxtı Brüsseldə imzalanıb.
Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərməlidir.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu