Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi

06.03.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycana verdiyi dəstəyə görə Çexiyanın Baş naziri Andrey Babişə minnətdarlığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “İran dövlətinin Azərbaycan ərazisinə dron hücumlarından sonra Çex Respublikasının nümayiş etdirdiyi güclü dəstək və həmrəylik mesajına görə Baş nazir cənab Andrey Babişə dərin minnətdarlığımı bildirirəm.

Bu bəyanat Azərbaycan ilə Çexiya arasında dostluq məcrasında inkişaf edən sıx münasibətlərin və beynəlxalq hüquqa sadiqliyin parlaq təcəssümüdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью