Prezident göstəriş verib, namizədlər müəyyənləşib AFFA da yeni təyinat olacaq

09.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Yaxın vaxtlarda AFFA-da daha bir dəyişiklik olacaq.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Cahangir Həsənzadə federasiyanın texniki direktoru vəzifəsindən uzaqlaşdırılacaq.

Rövşən Nəcəf həmin posta əcnəbi funksionerin gətirilməsini istəyir.

Neft şirkəti və futbol qurumunun prezidentinin göstərişi əsasında araşdırma aparılıb və artıq namizədlərin konkret siyahısı müəyyənləşdirilib.

Yeni təyinat qarşıdakı 1 ay ərzində gerçəkləşməlidir. AFFA-nın dosyelərini gözdən keçirdiyi xarici idarəçilərin adları hələlik bizə bəlli deyil.

Bununla belə, bilirik ki, siyahıda Türkiyə, Belçika və Portuqaliyadan olan mütəxəssislər yer almaqdadır.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью