Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

04.02.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

"Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью