Prezident həbsdəki ictimai fəalı azad edib

23.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Gürcüstanda həbsdə olan azərbaycanlı ictimai fəal Daşqın Gülməmmədov azadlığa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Gürcüstanda fəaliyyət göstərən hüquq müdafiəçisi Samirə Bayramova məlumat yayıb.

Onun sözlərinə görə, bu gün – noyabrın 23-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 232 nəfəri əfv edib. Onlardan 216-sı həbsdə olan şəxslərdir.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью