Prezident hərbçilərə ali rütbə verib Siyahı

08.11.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Reyting.az
 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor Kənan Əlihüseyn oğlu Seyidova
general-mayor Ağamir Əzizxan oğlu Sultanova
"general-mayor" ali hərbi rütbəsi
polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə
polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə
polkovnik Anar Tofiq oğlu Hüseynova
polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

"kontr-admiral" ali hərbi rütbəsi

1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью