Prezident: Hərbi cinayətkarlar layiqli cəzalarını alıblar

08.11.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası) oturanlar – hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”.

Gununesi.info  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

“Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir”, – deyə dövlət başçısı vurğulayıb.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью