Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. "Prezident İlham Əliyevin son dövrlərdə həyata keçirdiyi kadr islahatları Azərbaycan
Bu dəyişikliklər sadəcə şəxslərin rotasiyası deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev artıq bir neçə ildir ki, idarəetmədə peşəkarlıq, innovativ düşüncə və gəncliyin fəallığına əsaslanan yeni model formalaşdırır.
Son kadr dəyişiklikləri də bu istiqamətin davamıdır. Əsas məqsəd idarəetmədə dinamizmi artırmaq, qərarların qəbulunda çevikliyi təmin etmək
Bu islahatlar göstərir ki, Azərbaycan rəhbərliyi köhnə inzibati düşüncə tərzindən uzaqlaşaraq nəticəyönümlü idarəetməni prioritet elan edib:
Artıq vəzifələrə şəxsi sadiqlik deyil, effektiv fəaliyyət, müasir idarəetmə bacarıqları və nəticə yönümlülük əsas meyar kimi götürülür.
Prezidentin çıxışlarında da bu açıq şəkildə görünür - dövlət strukturlarında hər kəsdən konkret nəticə, ictimai etimad və şəffaflıq tələb olunur.