Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb

21.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb - Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir".

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью