Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti s
Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.
Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.Son 21 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edimişdir.
Çoxlu sayda körpülər və yol ötürücüləri tikilmişdir.Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur.
Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.
Bu dövr ərzində ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır.