Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağ…
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.Missiya.Az xəbər verir ki, dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.Sonra Prezident İlham Əliyev meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub.Qeyd edək, ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən 2010-cu il noyabrın 9-da açılıb.
Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib.
Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib.
Muzeyə gələn qonaqlara hər bir tarixi nümunə haqqında təfsilatlı məlumatlar verilib.2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb.
Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində işlər görüb, eksponat sayını 431-ə çatdırıblar.Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur.
Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.Muzey altı sərgi salonundan ibarətdir.A Sərgi salonunda ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir.
Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əskinazları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əskinazları və poçt markaları təqdim edilir.C Sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir.
Tam oxu
Xəbəri oxu