Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan – red.) biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik.
APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.
“Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.