Prezident İlham Əliyev Çinə dövlət səfərinə gəlib FOTO

22.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.

APA-nın Pekinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью