Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb

27.12.2024

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 12 oktyabr 2006-cı il tarixli sərəncamına dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Fondun maliyyələşmə mənbələrinin sayı artırılıb. Belə ki, gələn ildən Fondun büdcəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına da formalaşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью