Prezident İlham Əliyev: Donald Tramp otuz ildən çox davam edən münaqişəyə son qoydu

04.02.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp otuz ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.

“Mərasimə xoş mesajlar ünvanlayan bütün həmkarlarıma təşəkkürümü bildirirəm və bir daha Azərbaycan və Ermənistan arasında sülhün təkcə iki ölkəmiz üçün deyil, həm də daha geniş bölgələr üçün əhəmiyyətini vurğulayıram. Biz 30 ildən çox müharibə şəraitində idik. İndi altı aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə dediyim kimi, öyrənirik. Sülh şəraitində yaşamağı öyrənmək, sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Müstəqil olduğumuzdan bəri heç vaxt sülh şəraitində yaşamamışıq. Və sürətlə öyrənirik. Beləliklə, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Vaşinqtonda keçirilən tarixi sammitdən keçən son altı ay uzunmüddətli və əbədi sülhə doğru tərəfdaşlıq, əməkdaşlıq və hərəkət ayı oldu. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təşəkkürümü bildirmək istəyirəm. O, 8 avqust 2025-ci ildə üçtərəfli sammitə ev sahibliyi etdi və bu sammit əvvəlcə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandı və birgə bəyannamə imzalandı. Prezident Tramp da şahid qismində bunu imzaladı və beləliklə, uzunmüddətli, otuz ildən çox davam edən qanlı, ölümcül münaqişəyə son qoydu”, - deyə dövlət başçısı bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью