Prezident İlham Əliyev Donald Trampla görüşmək üçün Ağ Evə gəlib

08.08.2025

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-da səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

APA xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan liderini şəxsən qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində
“Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Eyni zamanda, ABŞ səfərinin ikinci əsas məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью