Prezident İlham Əliyev fərman verdi Yeni Regional idarə yaradıldı

15.10.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli və "Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi, "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi barədə" 8 fevral 2023-cü il tarixli fərmanlarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin bazasında Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165-dən 181-ə, o cümlədən regional turizm idarələri üzrə 88-dən 104-ə çatdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью