Icma.az, Azertag saytına istinadən bildirir.
Hanoy, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.