Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb

31.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

Ölkəmizin inamla inkişaf etdiyini söyləyən dövlətimizin başçısı bildirib: “Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью