Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.
APA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verdi.
Qeyd edək ki, dövlətimizin başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb.
Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.
Bildirildi ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb.
Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib.
Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.