Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verdi KONKRET

18.04.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığnda deyilir:

“Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью