Prezident İlham Əliyev Qırğızıstana səfərə gedib

05.11.2024

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

Bişkek şəhərinin “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью