Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 25 dekabr, AZƏRTAC AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Prezident İlham Əliyev: qurucu liderlik kursu” mövzusunda dəyirmi masa keçirilib.Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun direktoru professor İlham Məmmədzadə Azərbaycanda yeni dövrün liderlik nümunələrini və qələbənin yeni düzənini təhlil edib.
Professor liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirləri ümumiləşdirərək, onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşıb.
Azərbaycanda gedən islahatların çoxtərəfli istiqamətlərinə nəzər salan, dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışan İ.Məmmədzadə yeni mərhələnin reallıqlarında alimlərin roluna diqqət çəkib.
O, Prezident İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib.
Onun siyasi iradəsi ilə Türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırıb.İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh edib.
O, “Dəmir yumruq” formulunda, onun məntiqi çərçivəsində fəlsəfi-siyasi məsələləri təhlil edərək, Azərbaycanın milli, demokratik, müstəqil dövlətçiliyinin liderlik xarakteristikasını, şüurun təcrübəsini müqayisəli şərh edib.