Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi.
AZƏRTAC xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlətimizin başçısını qarşıladı.