“Prezident İlham Əliyev uzaqgörən liderdir”

03.07.2026

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək nüfuzunun əsas səbəblərindən biri onun ardıcıl, etibarlı və uzaqgörən siyasət yürütməsidir”.

Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzazdə söyləyib.

Deputat bildirib ki, dövlət başçısının yüksək reytinqi yalnız Azərbaycan cəmiyyətinin ona göstərdiyi etimadla məhdudlaşmır, eyni zamanda beynəlxalq aləmdə qazandığı etibarın göstəricisidir:
“Prezident İlham Əliyev verdiyi vədlərə sadiq qalan, tərəfdaş ölkələr qarşısında üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən liderdir. Bu da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Dövlət başçısının strateji baxışı, qətiyyətli qərarları və uzaqgörən siyasəti həm ölkəmizin inkişafına, həm də regionda sülh və əməkdaşlıq gündəliyinin irəliləməsinə mühüm töhfə verir”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin diqqət ayırdığı əsas istiqamətlərdən biri də rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqidir:
“Son dövrlər süni intellekt sahəsində atılan addımlar bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin müvafiq qərarları ilə bu istiqamətdə institusional mexanizmlərin formalaşdırılması və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq şuraya rəhbərlik etməsi dövlətimizin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Bu, Azərbaycanın gələcək inkişafını müəyyən edəcək mühüm istiqamətlərdən biridir”.

Fariz İsmayılzadənin sözlərinə görə, qarşıdakı dövrdə süni intellekt sahəsində dünyanın qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi və bu texnologiyaların geniş tətbiqi ölkənin inkişafına əlavə töhfə verəcək:
“İnanıram ki, qısa müddətdə süni intellekt texnologiyaları dövlət idarəçiliyində, iqtisadiyyatda, müdafiə sahəsində və digər istiqamətlərdə geniş tətbiq olunacaq. Bu da Azərbaycanın rəqabət qabiliyyətini artıracaq, innovativ ekosistemin inkişafını sürətləndirəcək və ölkəmizin davamlı inkişafına yeni imkanlar yaradacaq”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью