Icma.az bildirir, Sia Az portalına istinadən. Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.
SİA müsahibəni təqdim edir. Müxbir: Sizi salamlayırıq və Davosda “Avrasiya Söhbətləri”nə xoş gəldiniz.
Bu gün mən məmnunluqla Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət aparacağam. Hazırda bizə qoşulduğunuza görə olduqca minnətdaram.
Sizi görmək çox xoşdur. Burada, Davosda dünya liderləri ilə bir araya gəldiyiniz zaman biz hazırda mövcud beynəlxalq sistemin fundamental ol
Bir sözlə, Siz bu dəyişiklik barədə əvvəlcə də xəbərdarlıq etmişdiniz.
Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir?
Prezident İlham Əliyev: Bilirsiniz, əslində qeyd etdiyiniz kimi, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür.
Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi.