Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması 2028 ci ilin sonunadək baş verə bilər

21.10.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

Dövlət başçısı qeyd edib:

"Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью